Yığmamızın yarımmüdafiəçisi 90 dəqiqə mübarizə apardı
14.12.2014 - 01:20
Yığmamızın yarımmüdafiəçisi 90 dəqiqə mübarizə apardı

Almaniya II Bundesliqasında XVII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi Düsseldorf "Fortuna"sı "Frankfurt"un qonağı olub.

 

Qarşılaşmada təmsilçimizin komandası 0:2 hesabı ilə qalib gəlib.

 

Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Fortuna" hazırda 28 xalla 4-cü pillədə qərarlaşır.