Yığmanın baş məşqçisi Ronaldonu dəstəklədi
11.02.2015 - 23:02
Yığmanın baş məşqçisi Ronaldonu dəstəklədi

“Mən Madriddə “Sevilya” ilə matça qədər iki və ya üç gün əvvəldən bilirdim ki, şənbə günü əyləncə gecəsi olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.

 

Təcrübəli çalışdırıcı yığmanın kapitanı Kriştianu Ronaldonu İspaniya La Liqasının XXII turu çərçivəsində səfərdə “Atletiko”ya 4:0 hesabı ilə məğlubiyyətdən sonra gecə klubunda ad gününü qeyd etəsinə görə dəstəkləyib: “Oyundan sonra bunu qeyri-normal ləğv etmək olardı, hətta məğlubiyyətə baxmayaraq. “Real” Kriştianudan razı olmalıdı. Onlar Ronaldu üçün Allaha şükür etməlidirlər. Kriştianu meydanda yenə öz oyunu ilə cavab verəcək”.

 

Xatırladaq ki, gecə klubunda 30 yaşını qeyd edən Ronaldonun bu hərəkəti bir neçə madridli futbolçunun narazılığına səbəb olub.