Yılmaz Vural: O, “Xəzər Lənkəran”a kömək edə biləcək gücdədir
22.01.2014 - 14:06
Yılmaz Vural: O, “Xəzər Lənkəran”a kömək edə biləcək gücdədir

“Sinan Kaloğlu “Elazığspor”da rəhbərliyim altında oynayıb. Ötən mövsüm onunla birlikdə çalışmışdıq”. Bunu apasport.az saytına açıqlamasında türkiyəli məşqçi Yılmaz Vural deyib.
 

“Ərciyəsspor”un futbolçusu Sinan Kaloğlunun “Xəzər Lənkəran” və ya “Rəvan”a gələcəyi deyilir. 2006-cı ildə Bakıdakı yoldaşlıq görüşündə Türkiyə millisində debüt etmiş Kaloğlunun cənubluları seçəcəyi daha inandırıcı görünür.
 

2012/13 mövsümündə “Elazığspor”da 21 qarşılaşmada 6 qol vuran hücumçu cari birincilikdən “Ərciyəsspor”un şərəfini qoruyur. Vuralın onunla çalışdığını nəzərə alıb, futbolçu haqqında fikrini öyrəndik: “Onun “Ərciyəsspor”da baş məşqçi ilə problemi oldu. Ona görə də heyətə düşə bilmir. Ancaq problemin nədən qaynaqlandığını bilmirəm. Yoxsa Sinan yaxşı, səviyyəli futbolçudur. Onu bilirəm ki, yaxşı seçimdir. O, “Xəzər Lənkəran”a kömək edə biləcək gücdədir. Bundan Azərbaycan klubu yaxşı yararlana bilər”.
 

Səbuhi TOFİQOĞLU