Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il üçün milli komandalarda çalışan ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çili millisinin baş məşqçisi Xorxe Sampaoli ilk sırada yer alıb.
Yoahim Löv (Almaniya) ikinci, Roy Hocson (İngiltərə) üçüncü olub.
Ötən ilin millidə çalışan ən yaxşı 10 məşqçisini təqdim edirik.
1. Xorxe Sampaoli (Çili) - 136 xal
2. Yoahim Löv (Almaniya) - 57 xal
3. Roy Hocson (İngiltərə) - 46 xal
4. Marsel Koller (Avstriya) - 29 xal
5. Mayks Onill (Şimali İrlandiya) - 25 xal
6. Canni de Byazi (Albaniya) - 23 xal
7. Lars Laqerbek (İslandiya) - 22 xal
8-9. Visente del Boske (İspaniya) - 18 xal
8-9. Kris Koulmen (Uels) - 18 xal
10. Xerardo Martino (Argentina) - 14 xal
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb