Yordan Leçkov millimizin qrupunu dəyərləndirdi
23.02.2014 - 18:27
Yordan Leçkov millimizin qrupunu dəyərləndirdi

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq Bolqarıstan yığmasının qarşısına ciddi vəzifələr qoyulub. Apasport.az saytının məlumatına görə, H qrupunda rəqibimiz olan komanda 1-ci yer iddiasındadır.

 

Bunu bolqar futbolunun əfsanəsi Yordan Leçkov açıqlayıb.

 

Bolqarıstan Futbol İttifaqının vitse-prezidenti olan 47 yaşlı funksioner bu gün Fransanın Nitsa şəhərində keçirilən püşkatma haqda fikirlərini bildirib. Leçkov İtaliya, Xorvatiya, Norveç, Azərbaycan və Maltanın yer aldığı qrupdan final mərhələsinə yüksələcəklərinə əmin olduğunu qeyd edib: “Bolqarıstan yığması qrupda 1-ci yeri tutmaq uğrunda mübarizə aparacaq. Komandamızın final mərhələsinə çıxacağına şübhə etmirəm”.