Yozef Blatter İordaniya şahzadəsinin qərarını müsbət qarşıladı
09.01.2015 - 00:47
Yozef Blatter İordaniya şahzadəsinin qərarını müsbət qarşıladı

“Mən bu namizədliyə yalnız şad ola bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA prezidenti Yozef Blatter deyib.

 

Ali futbol qurumunun rəhbəri İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin sözügedən təşkilata namizədliyini irəli sürməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Blatter bunu müsbət qarşılayıb: “Bu, demokratiyadı və ola bilər. Yalnız müzakirə üçün faydalı olar. Bəs demirlər ki, risksiz qalib gəlmək, şöhrətsiz qalib gəlməkdi?”

 

Qeyd dək ki, FİFA prezidentinin seçkiləri cari ilin mayında keçiriləcək. Blatterdən başqa, 5-ci müddətə gedəcək seçkilərdə FİFA-nın keçmiş baş katibi Jerom Şampan da iştirak edəcək.