Yozef Blatter Mişel Platinini təbrik etdi
24.03.2015 - 23:28
FİFA prezidenti Yozef Blatter UEFA-ya yeni prezident seçilən Mişel Platinini təbrik edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri əfsanəvi oyunçuya öz təbrikini “tvitter” sosial şəbəkə vasitəsi ilə çatdırıb.
Yozef Blatter bunları qeyd edib: “Mişel Platinini yenidən UEFA prezidenti seçilməsi münasibəti ilə təbrik edirəm. Bu, Avropa futbol cəmiyyəti tərəfindən etibarın böyük nişanıdı”.
Xatırladaq ki, Platini 2019-cu ilə qədər UEFA-ya rəhbərlik edəcək.
0
0