Yunisoğlu “Dənizlispor”da qalası oldu
01.02.2014 - 11:25
Yunisoğlu “Dənizlispor”da qalası oldu

 

“Komandada 4 mərkəz müdafiəçisi var. Ömər Alp, Mehmet Cansın, Hasan Dəmir və Saşa Yunisoğlu bu ampulda çıxış edirlər”. Bu sözləri Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor” klubunun baş meneceri Kənan Atik deyib.

Qırğızıstanlı hücumçu Mirlan Murzayevlə anlaşan “Dənizlispor” onun həmyerlisi Vladimir Sedelnikovun transferindən vaz keçib. Klub rəsmisi bildirib ki, hazırda əlavə mərkəz müdafiəçisinə ehtiyacları yoxdur: “Sedelnikovla bağlı gözləmə mövqeyindəyik. Böyük ehtimalla, onun transferindən vaz keçəcəyik. Ayrılmaq istəməyən Saşa ilə yola davam edəcəyik”.

Qeyd edək ki, “Dənizlispor” rəhbərliyi daha öncə Saşa Yunisoğluna özünə klub tapmağı məsləhət görmüşdü.