Bu gün futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti matçına çıxıb.
Dənizli təmsilçisi doğma arenada “Şanlıurfaspor”u sınağa çəkib. Ən son XXII turda qələbə sevinci yaşayan Özcan Bizatinin komandası bu dəfə də meydandan qalibiyyətlə ayrılıb - 3:1. Ötən tur meydana çıxmasa da, iştirak ərizəsində yer alan futbolçumuz isə bu dəfə heç 18-lik heyətə də daxil edilməyib.
Qeyd edək ki, hazırda “Dənizlispor” 25 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alır.