Yunisoğlunun komandası evdə biabır oldu
10.02.2014 - 00:55
Yunisoğlunun komandası evdə biabır oldu

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti matçına çıxıb.

 

Dənizli təmsilçisi doğma arenada “Bucaspor”la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Yunisoğlunun adı matçın iştirak ərizəsində yer ala da, o, sona qədər eytiyyat oyunçular skamyasında gözləməli olub.

 

Qeyd edək ki, hazırda “Dənizlispor” 22 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.