Yurgen Klinsmann: Azərbaycan fantastik rəqibdir
07.03.2014 - 10:10
Yurgen Klinsmann: Azərbaycan fantastik rəqibdir

ABŞ milli komandasının baş məşqçisi Yurgen Klinsmann mayda keçiriləcək yoxlama oyunları haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis mayın 27-də Azərbaycan, iyunun 1-də Türkiyə, 7-də Nigeriya ilə qarşılaşacaqlarından məmnun qalıb.

 

Klinsmann bu matçların DÇ-2014-ün final mərhələsinə hazırlıq məqsədilə bu görüşlərin faydalı olacağını düşünür: “Bizim fantastik rəqiblərimiz var. Onlar bizə mundiala yaxşı hazırlaşmağa kömək edəcək. Bu komandalar qrup mərhələsindəki rəqiblərimizlə görüşlərə hazırlıq üçün faydalıdır. Müxtəlif şəhərlərdə oynayacağımızdan fərqli iqlim qurşaqlarında çıxış etmək təcrübəsi də qazanacağıq”.

 

Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək. Bu matç almaniyalı mütəxəssislərin dueli olacaq. Millimizin çalışdırıcısı Berti Foqtsun 1990-98-ci illərdə Klinsmannın da futbolçu kimi çıxış etdiyi Almaniya yığmasına rəhbərlik edib. Onlar 1996-cı ildə Avropa çempionu titulunu qazanıb.