“Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm. Dünya çempionatına hazırlıq çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann deyib.
Almaniyalı mütəxəssis Azərbaycan yığması ilə yoldaşlıq oyunundakı 2:0 hesablı qələbəyə şərh verib: “Azərbaycan millisi müdafiəyə meylli oynadığı üçün işimiz o qədər də asan olmadı. Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi. Azərbaycan milli komandasına belə böyük məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də bu oyunun baş tutması üçün əlimizdən gələni etdik”.
Qeyd edək ki, ABŞ millisi yalnız 75-ci dəqiqədə hesabı açıb və 6 dəqiqə sonra 2-ci qolu vurub.
Yurgen Klinsmann: Azərbaycanla oyuna işimiz asan olmadı
28.05.2014 - 09:24
0
0