Yuri Syomin: Bu mövzu uydurmadır
01.04.2014 - 08:00
Yuri Syomin: Bu mövzu uydurmadır

“Rusiya çempionatında mübarizənin yalnız “Lokomotv”lə “Zenit” arasında gedəcəyi ilə bağlı mövzu uydurmadır. “Dəmiryolçular” bu gün hamıdan, o cümlədən “Zenit”dən də güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin deyib.

 

Təcrübəli mütəxəssis Rusiya çempionatındakı zirvə mübarizəsini dəyərləndirib. Syomin uzun illər başçılıq etdiyi “Lokomotiv”i bu yarışın ən güclüsü hesab edir: “Bu üstünlük futbolçuların intizamında, oyunun təşkilində qabarıq hiss olunur. Liderin “Zenit”lə xal fərqinin minimuma enməsi isə hadisələrin onlar üçün uğurlu axarı ilə bağlıdır. Son 2 oyunda onların bəxti gətirdi. “Lokomotiv”dən isə “Spartak”la matçda bəxt üz döndərdi. Komandanın sabitliyi minimum itkinin olacağını düşünməyə əsas verir”.

 

Qeyd edək ki, 23 turdan sonra 48 xalı olan “Lokomotiv” “Zenit”i 1, MOİK-lə “Dinamo”nu 5 xal qabaqlayır.