“Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Qarabağ”la ev oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”.
Mənbə: pfl.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı