Yuri Syomin isti havadan şikayət etdi
12.05.2014 - 20:30
“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin havanın isti olmasından şikayət edib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis buna görə də oyunda yüksək sürətin olmadığını bildirib: “Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”.
0
0