“Qarabağ” avrokuboklarda Reynaldosuz mübarizə apara bilər. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin istəyir.
Oyunçu keyfiyyətlərinə bələd olduğu üçün Syomin yeni təyin olunduğu “Mordoviya” klubunda Reynaldonu görmək istəyir. Ancaq “Qarabağ”ın 22 qolla 2013/14 mövsümünün bombardiri olmuş braziliyalını Çempionlar Liqasının təsnifat mərhələ oyunları öncəsi buraxacağı inandırıcı görünmür.
Qeyd edək ki, artıq “Qəbələ”nin hollandiyalı üzvü Lorentso Ebesilionun “Mordoviya”da çıxış edəcəyi dəqiqləşib. Eləcə də “Qəbələ”nin seneqallı futbolçusu İbrahima Niassın da Saranska üz tutacağı gözlənilir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı