Yuri Syomindən bürünc şərhi
17.05.2014 - 20:02
Yuri Syomindən bürünc şərhi

“Bütün komandanı və klub üzvlərini qazanılan uğur münasibəti ilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XXXVI turunun “Sumqayıt”la oyunu və bu matçdakı 3:1 hesablı qələbə sayəsində əldə olunan bürünc mükafat haqda danışıb: “Rəhbərlik bizi pis vaxtlarımızda da, yaxşı çıxış edəndə də dəstəklədi. İsti hava şəraitində gərgin oyun keçdi. Qələbə yaxşı heç-heçədən daha uğurlu nəticədir”.

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqada yerlərini qoruya bilmələrindən razı qalıb: “Qəbələ” klubunu üçüncü yeri tutması münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda layiqli qələbə qazandılar. Maraqlı oyun oldu. Komanda qələbə qazanmaq və Premyer Liqada qalmaq üçün əlindən gələni etdi. Məğlub olmağımıza baxmayaraq, elitada yerimizi qoruya bildik. Komandaya təşəkkürümü bildirirəm. Azarkeşlərimizi daha da yaxşı oyunla sevindirməyə çalışacağıq”.

Mənbə: pfl.az