Yuri Syominin dəyişiklikləri
15.02.2014 - 14:53
Yuri Syominin dəyişiklikləri

Topaz Premyer Liqasının XX turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi yuri Syomin heyətə əl gəzdirməyi lazım bilib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis bu gün “Xəzər Lənkəran”la keçiriləcək XXI turun qarşılaşmasında start “11-liy”ində 5 dəyişiklik edib.

 

Syomin məğlub olduqları matça ilk dəqiqələrdən çıxanlardan Nikola Valentiç, Viktor Mendi, Nizami Hacıyev. Lorenso Ebesilio, Elnur Allahverdiyevə start heyətində yer verməyib. Sonuncu cəza üzündən sabiq komandasına qarşı oynamırsa, digər 4 futbolçudan üçün ehtiyatda qalıb. Ebesilio isə bu gün “18-liy”ə daxil edilməyib.

 

Əvəzində Vladimir Levin, Yannik Kamanan, Nuran Qurbanov, Danel Subotiç, Leonardo da Silva “Xəzər Lənkəran”a qarşı oyuna başlayan heyətdə yer alıb. Komandanın əsas kapitanı Levin üçün bu görüş 2014-cü ildə ilk matç olacaq. Milliləşən legioner ilk 2 görüşdə komandasına lazım olmamışdı.