Yuri Syominin yeni iş yeri bəlli oldu
27.05.2014 - 15:45
“Qəbələ” ilə yeni müqavilə bağlamayan rusiyalı məşqçi Yuri Syominin yeni iş yeri bəlli olub. Apasport.az saytının məlumatına görə, o, “Mordoviya”nı çalışdıracaq.
Bu haqda Saransk klubunun rəsmi “Twitter” səhifəsi xəbər verib. Xəbərdə göstərilir ki, komandanı elitaya vəsiqə qazandıran ukraynalı məşqçi Yuri Maksimovla müqavilə mövsüm başa çatdıqdan sonra pozulub.
Qeyd edək ki, “Mordoviya” Rusiyanın I dəstəsinin yekunlarına görə 1-ci yeri tutub. Saransk klubu növbəti mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək.
0
0