Yusuf Şimşək Mahir Şükürova möhtac qaldı
26.12.2014 - 15:39
Yusuf Şimşək Mahir Şükürova möhtac qaldı

Dekabrın 28-də Türkiyə PTT I Liqasının 15-ci turu çərçivəsində növbəti matçına çıxacaq “Karşıyaka” heyət baxımından problem yaşayır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi klubda sağ cinah oyunçusu tapılmır.

 

Sağ cinah yarımmüdafiəçisi Ofoedunu yola salan “Karşıyaka”da bu mövqenin digər üzvü Juninyo da zədədən əziyyət çəkir. Cinahlarda oynamağı bacaran Ahmet Arı isə cəzalı duruma düşüb. Hazırda Yusuf Şimşəkin əlində sağ cinah üçün yalnız gənc Ali Say qalır ki, o da oyun praktikasından əziyyət çəkir.

 

Baş məşqçi müdafiəçi Rıdvanı irəli çəkməyi düşünür. Belədə isə müdafiənin sağ cinahı boş qalacaq. “Boluspor”la qarşılaşmada da məhz Mahir Şükürovun sağda oynaması gözlənilir. Baş məşqçi onu müdafiə, yoxsa yarımmüdafiədə oynadacağına məşqlərin gedişinə görə qərar verəcək.

 

Qeyd edək ki, “Karşıyaka”da mərkəz müdafiəçisi kimi çıxış edən Mahir Şükürovun əsl mövqeyi sağ cinah müdafiəçisidi.