“Simurq" yenə uduzdu - YENİLƏNİB
14.02.2014 - 16:47
“Simurq" yenə uduzdu  - YENİLƏNİB

Topaz Premyer Liqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.
 

Açılış matçı “qardaş komandalar” kimi tanınan “Simurq” və “İnter” arasında keçirilib. Gözlənildiyi kimi, turnir cədvəlində də daha yaxşı mövqedə olan sonuncular qalib gəliblər. Bakılılar Dieqo Madrqialın debüt matçında vurduğu qolla 3 xalı bayram edib.

 

2014-cü ildə xal itirməyən “İnter” ardıcıl 3-cü qələbə ilə liderlərə bir az da yaxınlaşıb. Artıq “bankirlər”i liderdən 3, özündən öndə qərarlaşan digər iki komandadan 2 xal ayırır. “Simurq” isə ardıcıl 3-cü dəfə xalsız qalıb.

 

Qeyd edək ki, XXI tur sabah keçiriləcək 4 oyunla yekunlaşacaq.

 

Topaz Premyer Liqası

XXI tur

 

14 fevral (cümə)

“Simurq” – “İnter” - 0:1

Qol: Dieqo Madriqal, 72 

Zaqatala şəhər stadionu

“Simurq”: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 7. Ruslan Poladov (k), 9. Mindauqas Kalonas, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 30. Raul Kostin
Baş məşqçi: George Çixradze

“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov (k), 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 47. Abdulla Abatsiyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 2. Azər Salahlı, 4. İvan Benitez, 12. İvo Taborksi, 14. İlqar Ələkbərov, 27. Dieqo Madriqal, 33. Matija Spiçiç
Baş məşqçi: Kaxaber Sxadadze

 

15 fevral (şənbə)

13:30. “Bakı” – “Neftçi”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər sta"İnter"dionu
 

16:00. “Sumqayıt” – “Rəvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

17:00. “Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

20

11

6

3

32-12

39

2

Neftçi

20

11

5

4

32-21

 38

3

Qəbələ

20

12

2

6

30-17

38

4

İnter

21

11

3

7

32-23

36

5

Bakı

20

10

3

7

35-22

33

6

Xəzər L

20

6

8

6

19-26

26

7

Simurq

21

6

7

8

19-19

25

8

AZAL

20

6

7

7

20-27

25

9

Rəvan

20

1

6

13

11-39

9

10

Sumqayıt

20

1

5

14

13-37

8


Bombardir: Vaqif Cavadov (“İnter”) – 10.