Zeedorf rəsmən “Milan”ın baş məşqçisi oldu - FOTO
16.01.2014 - 17:15
Zeedorf rəsmən “Milan”ın baş məşqçisi oldu - FOTO

Hollandiyalı Klarens Zeedorf İtaliyanın “Milan” klubunun baş məşqçisi postuna təyinatı rəsmiləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə “rossoneri”lərin “twitter” səhifəsində məlumat və fotoşəkil yerləşdirilib.

Zeedorf bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Massimiliano Aleqqrini əvəzləyib. Onunla bağlanan sözləşmənin müddəti haqda məlumat verilmir.

Qeyd edək ki, Klarens Zeedorf 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub.