Zidan: Məşqçi olmaq istəmirdim
13.02.2015 - 10:47
Zidan: Məşqçi olmaq istəmirdim

“Real”ın ikinci komandası olan “Kastilya”nın baş məşqçisi kimi fəaliyyət göstərən Zinəddin Zidan maraqlı açıqlama verib. Apasport.az saytı xəbər verir ki, fransalı məşhur sima əvvəllər məşqçi çalışmağı planlaşdırmadığını deyib.

 

Zidan bildirib ki, futbolçu karyerasını bitirdiyi zaman məşqçiliyə can atmayıb: “Əksər futbolçular karyeralarını bitirən kimi, baş məşqçi olmaq istəyirlər. Ancaq mən bu cür düşünmürdüm. Başqa sahə üçün təcrübəm var idi. Məsələn, “Real”ın idman direktoru olarkən işlərim qaydasında gedirdi. Lakin sonra başa düşdüm ki, baş məşqçi olmaq istəyirəm”.

 

Qeyd edək ki, Zinəddin Zidan futbolçu karyerasını 2006-cı ildə bitirib.