Əfsanəvi futbolçu Zinəddin Zidanın rəhbərlik etdiyi “Real”ın ehtiyat komandası İspaniya çempionatının üçüncü divizionunun ilk turunda məğlub olub. Apasport.az saytının məlumatına görə, “Real” “Atletiko”ya 2:1 hesabı ilə uduzub.
“Real”ın tərkibində qolu Raul de Tomas vurub. “Atletiko”nun tərkibində isə Daniel Akino və Seku Keyta fərqləniblər.
Ötən mövsüm “Real”ın əsas heyətinin baş məşqçisi Karlo Ançelottinin köməkçisi kimi çalışan Zidan iyun ayında ehtiyat heyətin başına keçib. Qeyd edək ki, avqustun 22-də komandaların əsas heyətlərinin də görüşü olub. İspaniya Superkuboku uğrunda cavab görüşündə “Atletiko” “Real”a 1:0 hesabı ilə qalib gələrək əsas mükafatı qazanıb.