Zidandan gözlənilməz Serxio Ramos qərarı
02.04.2017 - 16:30
Serxio Ramos La Liqanın XXIX turunda “Alaves”lə qarşılaşmada iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının kapitanının zədəsi yoxdu.
Sadəcə “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan 31 yaşlı futbolçuya istirahət vermək qərarına gəlib.
Bu barədə oyundan bir gün öncə keçirilən mətbuat konfransında Zidan özü açıqlama verib: “Serxio Ramosa istirahət vermişəm. Bu, mənim qərarımdır. Başqa deyəcəyim heç nə yoxdur”.
Qeyd edək ki, “Real” – “Alaves” oyunu bu gün Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0