Braziliya millisinin sabiq futbolçusu və baş məşqçisi Ziko bu il ölkəsində keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 60 yaşlı canlı əfsanə kubokun Cənubi Amerikada qalacağını deyib:
“Əgər əsas oyunçuları arasında zədələnən olmazsa, Braziliya əsas favoritlərdən biri olacaq. Bizim əsas rəqibimiz Argentina olacaqdır. Çünki orada Lionel Messi var. Eləcə də, Suares, Forlan, Kavani kimi dünyanın ən yaxşı hücumçularına sahib Uruqvay da ciddi rəqibdir. Hesab edirəm ki, böyük mükafat Cənubi Amerikada qalacaq”.
Qeyd edək ki, Ziko futbolçu olaraq 1976-1989, baş məşqçi kimi 1998-ci ildə Braziliya millisinə xidmət edib.