Zinəddin Zidan Premyer Liqaya getmək istəyir
16.12.2014 - 21:06
Zinəddin Zidan Premyer Liqaya getmək istəyir

“Kastilya”nın baş məşçisi Zinəddin Zidan İngiltərə Premyer Liqasında işləyə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda Fransa millisinin sabiq futbolçusunun özü bildirib.

 

Zidan “Dumanlı Albionda” çalışmağa qarşı deyil: “Gələcəkdə mən irəliləməyə nail olmaq istəyərdim. Bu mövsüm bizim hədəfimiz Sequndadan çıxmaqdı. Amma növbəti il nə olacağına baxacağıq. Oyunçu kimi İngiltərə Premyer Liqasına keçmək həvəsim olmayıb. Lakin məşqçi kimi niyə də yox? Burada məşqçidən çox enerji tələb olunur. Bu da mənim xoşuma gəlir”.