“Qəbələ” zirvədə, autsayderlər biabır oldular
02.02.2014 - 18:52
“Qəbələ” zirvədə, autsayderlər biabır oldular

Topaz Premyer Liqasında 2014-cü ilin ilk turu başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 4 matçla III dövrənin açılış həftəsinə yekun vurulub.

XIX tur lider dəyişikliyi ilə nəticələnib. “Qarabağ”ın  bir gün əvvəl uduzmasından izləyiciləri maksimum yararlanıb. “Qəbələ” səfərdə “Sumqayıt”ı 3 cavabsız qolla darmadağın edib. Bu qələbə Yuri Syominin yetirmələrini zirvəyə daşıyıb.

“Neftçi” daha güclü rəqibi – “Simurq”u eyni hesabla – 3 cavabsız qolla məğlub edib. Böyükağa Hacıyevin qayıdışını böyükhesablı qələbə ilə qeyd edən bakılılar öz meydanındakı 3 xalla 2-ci pilləyə yüksəlib.

“Sumqayıt” kimi digər autsayder “Rəvan” da darmadağınla üzləşib. Paytaxt təmsilçisi “Bakı” önündə aşkar aciz qalıb. Paytaxtın eyniadlı təmsilçisi mövsümdə ikinci dəfə həmşəhərlilərinə 5 qol vurub.

Tura “İnter” və AZAL arasında paytaxt derbisi ilə yekun vurulub. “Bankirlər” çətin qələbə qazanmaqla 4-cü pillədəki mövqeyini qoruya bilib.

 

Topaz Premyer Liqası

XIX tur

1 fevral (şənbə)

“Qarabağ” – “Xəzər Lənkəran”  -   0:1

Qol: Manuel Skarlatake, 49

Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov 
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 3:0

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Ulriş Kapolonqo, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
 

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski, 12. Junior Nildo, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Məşqçi: Oğuz Çətin.

 

2 fevral (bazar)

“İnter” – AZAL - 2:1

QOLLAR: Abdulla Abatsiyev, 6; Ruslan Əmircanov, 84 - Nedo Turkoviç, 49

İlk 2 dövrədəki oyunlar: 1:2, 2:0 “Şəfa” stadionu

“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli 

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 14. İlqar Ələkbərov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov

Baş məşqçi: Kaxaber Sxadadze

AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Junior Ailton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 32. Laşa Kasiradze, 89. Nedo Turkovic

Ehtiyat oyunçular: 16. Elçin Sadıqov, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 22. Axtam Xamraqulov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 28. Emin Cəfərquliyev

Baş məşqçi: Vaqif Sadıqov

 

“Sumqayıt” – “Qəbələ” - 0:3 

Qollar: Viktor Mendi, 3; Lorenzo Ebesilio, 51; Leonardo da Silva, 57

İlk 2 dövrədəki oyunlar: 2:1, 0:2.  "Bayıl Arena" 

“Sumqayıt”: 94. Tərlan Əhmədli,3. Vurğun Hüseynov,7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Ramil Mansurov, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədliyev, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 20. Elşad Manafov, 92. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”: 27. David Pietrzkeviç, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Luis Hilario (k), 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 17. Nuran Qurbanov, 18. İbrahima Niasse, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Nikola Valentiç, 6. Volodimir Levin, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva
Baş məşqçi: Yuri Syomin

 

“Bakı” – “Rəvan” - 5:1 

Qollar: Cavid Hüseynov, 10 (pen); Risto Ristoviç, 20; Xavyer Junior, 49; Rauf Əliyev, 67; Aleksandr Soliç, 80 - Tyaqo de Souza Berezza, 90

İlk 2 dövrədəki oyunlar: 5:0, 0:0 “Bakı” FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança

“Bakı”: 1. Aqil Məmmədov, 3. Yure Travner, 5. Ruben Qonzalez, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k), 12. Araujo Santos, 16. Xavyer Junior, 17. Risto Ristoviç, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 4. Mario Alvarez, 7. Əfran İsmayılov, 10. Aleksandar Soliç, 30. Vüqar Bəybalayev, 22. Namiq Ələsgərov, 21. Elvin Məmmədov,
Baş məşqçi: Milinko Pantiç

“Rəvan”: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov, 8. Julio Sezar Moreyra, 10. Tyaqo de Souza Berezza, 11. Kamil Nurəhmədov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov 
Baş məşqçi: Güvenc Kurtar

 

“Neftçi” – “Simurq” - 3:0  

Qol: Ernest Nfor, 60; 85; Cavid İmamverdiyev, 70

İlk 2 dövrədəki oyunlar: 1:0, 0:0 İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs. 3. Denis Silva, 4. Tərlan Quliyev, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov. 90. Ernest Nfor 
Baş məşqçi: Böyükağa Hacıyev

“Simurq”: 1. Pavel Kapsa, 5. Anderson Olivyera, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot. 77. Nicat Qurbanov. 

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 21. Murad Səttarlı, 22. Salif Ballo, 30. Raul Kostin 
Baş məşqçi: Georgi Çixradze

1

Qəbələ

19

12

2

5

30-16

38

2

Neftçi

19

11

4

4

30-19

37

3

Qarabağ

19

10

6

3

31-12

36

4

İnter

19

9

3

7

29-22

30

5

Bakı

19

9

3

7

34-22

30

6

Xəzər L

19

6

7

6

17-24

25

7

Simurq

19

6

7

6

19-17

25

8

AZAL

19

6

6

7

18-25

24

9

Rəvan

19

1

6

12

10-37

9

10

Sumqayıt

19

1

4

14

11-35

7