PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yenidən “Milan”ın formasını geyinməyə çox yaxındı. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, isveçli forvard artıq “rossonyerlər”lə ilkin razılıq əldə edib.
“Milan”ın vitse-prezidenti Adriano Qalliani 33 yaşlı forvardın meneceri Mino Rayolo ilə bu keçidlə bağlı görüşüb. Danışıq müsbət nəticələnib və Rayolo müştərisinin “Milan”a qayıtması üçün ilkin razılığını verib.
PSJ də İbrahimoviçin İtaliyaya qayıtmasına mane olmayacaq. Fransızlar ulduz futbolçunu 5,5 milyon avro müqabilində “Milan”a satmağa hazır olduğunu bəyan edib. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Transfer reallaşarsa, İbrahimoviç “Milan”la 3 illik müqavilə imzalayacaq və illik məcavibi 6 milyon avro olacaq.
Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-yə 2012-ci ildə məhz “Milan”dan keçmişdi.