Zohair Benouahi Mərakeşdə oynayacaq
23.05.2014 - 15:06
Zohair Benouahi Mərakeşdə oynayacaq

“Bundan sonra öz ölkəmdə oynamaq istəyirəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Zohair Benouahi deyib.

 

Komandadan göndəriləcəyi gözlənilən mərakeşli futbolçu bildirib ki, cənub təmsilçisindən ayrılacağı təqdirdə vətənində oynayacaq: “Düzdü, “Xəzər Lənkəran”la müqaviləm var. Amma bildiyimə görə məni komandadan kənarlaşdıracaqlar. Başqa ölkədə oynamaq fikrim yoxdur. Karyeramı Mərakeşdə davam etdirmək istəyirəm. Çünki bu halda ailəm üçün də yaxşı olacaq. Həm də atam xəstədir. Əgər “Xəzər Lənkəran” məni çağırsa, gəlməyə hazıram”.