[b]Xorvatiya millisinin futbolçusu “Latsio”da[/b]
01.08.2018 - 19:39
Xorvatiya millisinin futbolçusu Milan Badelin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in gümüş mükafatçısı karyerasını İtaliyada davam etdirəcək.
“Fiorentina” ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi Apennin yarımadasını tərk etməməyə qərar verib. O, A seriyasının digər klubu “Latsio”ya keçib.
Roma təmsilçisi azad agent statusu ilə heyətinə qatdığı futbolçu ilə 4 illik müqavilə imzalayıb.
0
0