[b]Xorvatiya yığmasında növbəti qovulma[/b]
09.07.2018 - 17:15
[b]Xorvatiya yığmasında növbəti qovulma[/b]

Xorvatiya Futbol İttifaqı daha bir nəfəri komandadan qovub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu dəfə yığmanın skautu Oqnyen Vukoyeviç vəzifəsindən uzaqlaşdırılıb.

 

Buna səbəb onun müdafiəçi Domaqoy Vida ilə birlikdə dünya çempionatının 1/4 final mərhələsində Rusiya üzərində qələbədən sonra sosial şəbəkədə paylaşdığı videodu. Belə ki, cütlük çəkdikləri videoda “Yaşasın Ukrayna! Bu qələbə Ukrayna üçündü”, - deyiblər.

 

Məhz bu hərəkət sabiq yarımmüdafiəçinin qovulması ilə nəticələnib. Vidanın yerinə isə futbol ittifaqı üzr istəyib. FİFA Vidaya xəbərdalıq etməklə kifayətlənib.

 

Qeyd edək ki, dünya çempionatının ilk matçından sonra hücumçu Nikola Kaliniç baş məşqçinin istəyinə qarşı çıxdığı üçün millidən qovulmuşdu.

0