Yamal İspaniya millisinin heyətindən çıxarılıb
11.11.2025 - 15:21
"Barselona"nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsinin noyabr ayına planlaşdırılan oyunları üçün İspaniya millisinin heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi zədəli olduğuna görə komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq.
- “Merihi açıqlayır, klub satmayacağıq deyir” – Aziz Yıldırımdan sərt sözlər
- Semenyodan Qana etirafı – “Heç vaxt geri çevirməzdim”
- “Bayer”dən gözlənilməz seçim – 42 yaşlı katalan baş məşqçi oldu
- Vardi İspaniyaya gedir – La Liqanın yeni klubu israrlıdır
- “Qalatasaray”da ayrılıq siqnalı – Şalai "gözdən çıxarıldı"
0
0