“Latsio”nun hücumçusu Çiro İmmobile portuqaliyalı superulduz Kriştianu Ronaldonun “Yuventus”a transferini dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya millisinin üzvü bu keçidə sevinmədiyini etiraf edib.
28 yaşlı forvard Ronaldonun A seriyasının bombardiri olacağını düşünür: “Ronaldonun “Yuvetus”a keçidini eşidəndə öz-özümə dedim, yaxşı ki, ötən mövsüm bombardir olmuşam. Ronaldoya həm meydanda, həm də bombardir yarışında rəqib olmaq çox çətindi. O, bir neçə dəfə bombardir olub və bunu İtaliyada da təkrarlayacaq”.
Qeyd edək ki, Çiro İmmobile ötən mövsüm 29 qolla A seriyasının bombardiri olub.