Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olan yığmamız 2018-ci ildə ilk səfər sınağına çıxıb.
46 yaşlı mütəxəssisin rəhbərliyi altında 5-ci oyununa çıxan komandamız Qazaxıstanla üz-üzə gəlib. Bunadək keçirdiyi 4 qarşılaşmanın ikisində Bakıda, ikisində Antalyada meydana çıxan futbolçularımız Astanada qüvvələrini sınayıblar.
Son qarşılaşmada Qırğızıstanı 3 cavabsız qolla yenən millimiz ardıcıl 2-ci qələbəsini qazanmaq niyyətində idi. Lakin bunun əksi baş verib.
Matça sürətli başlayan meydan sahibləri 3 dəqiqə ərzində iki dəfə yığmamızı mərkəzə dəvət ediblər. Qarşılaşmanın son dəqiqələrində daha bir qol vuran Qazaxıstan millisi doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb.
Yoldaşlıq görüşü
5 iyun
Qazaxıstan – Azərbaycan - 3:0
Qollar: Roman Murtuzayev, 12; Serikjan Mujikov, 14; Boxtiyar Zaynutdinov, 90
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. “Astana Arena”
Qazaxıstan: 1. Nenad Erik, 2. Sergey Malıy, 4. Yevgeni Postnikov, 5. İslambek Kuat, 7. Serikjan Mujikov, 9. Baurjan İslambek, 11. Yerkebulan Tunqışbayev, 13. Aleksey Çsnyotkin, 14. Roman Murtuzayev, 18. Dmitri Şomko (k), 21. Abzal Beysebikov
Ehtiyat oyunçular: 12. Vladimir Plotnikov, 3. Nurəli Alip, 6. Yan Voroqovski, 8. Maqomed Paraqulqov, 10. Georgi Jukov, 15. Baurjan Turusbek, 16. Qafurjan Suyumbayev, 19. Boxtiyar Zaynutdinov, 20. Maksim Fedin, 22. Vyaçeslav Şviryov, 23. Yuri Loqvinenkov
Baş məşqçi: Stanimir Stoilov
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (9. Namik Ələsgərov, 63), 10. Ruslan Qurbanov (11. Ramil Şeydayev, 72), 13. Dimitri Nazarov (18. Coşqun Diniyev, 46), 15. Ruslan Abışov (30. Rahil Məmmədov, 73), 16. Cavid Hüseynov (25. Cavid İmamverdiyev, 63), 21. Təmkin Xəlilzadə, 22. Mahir Mədətov, 29. İlqar Qurbanov (26. Ürfan Abbasov, 46)
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Slavik Alxasov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Amil Yunanov, 28. Ufuk Budak
Baş məşqçi: Qurban Qurbanov