[b]Yığmamız darmadağın oldu[/b]
07.07.2018 - 22:46
[b]Yığmamız darmadağın oldu[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib İran olub.

 

“Dalğa Arena”da baş tutan qarşılaşma qonaqların asan qələbəsi ilə nəticələnib. İranın 5 qoluna yığmamız cəmi 1 topla cavab verə bilib. Komandamızın təsəlli qolunu penaltidən Musa Qurbanlı vurub – 1:5.

 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.