[b]Yığmamız yenə darmadağınla üzləşdi - YENİLƏNİB[/b]
10.07.2018 - 21:42
[b]Yığmamız yenə darmadağınla üzləşdi - YENİLƏNİB[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız İranın U-17 komandası ilə görüşüb.

 

Qarşılaşma Bakı Olimpiya Stadionunun məşq meydançasında baş tutub. Asiya təmsilçisinin üstünlüyü ilə keçən matç Ramin Quliyevin yetirmələri üçün uğursuz alınıb.

 

Belə ki, yığmamız meydandan darmadağınla ayrılıb – 0:4. Bu, komandamızın eyni rəqiblə duellərdə ardıcıl ikinci belə yenilgisidi. Üç gün öncə millimiz İrana 1:5 hesabı ilə uduzmuşdu.

 

Yoxlama oyunu

10 iyul 

Azərbaycan U-17 – İran U-17 - 0:4

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov

Bakı Olimpiya Stadionu, məşq meydançası