[b]Yığmamızın hücumçusu “Trabzonspor”da nə qədər qazanır?[/b]
07.07.2018 - 23:37
“Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb. Apasport.az-ın yerli futbolarena.com saytına istinadən məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də qazancı bəlli olub.
Həmyerlimiz “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək. Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.
Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.
0
0