[b]Yığmamızın Qazaxıstan itkisi[/b]
05.06.2018 - 20:06
[b]Yığmamızın Qazaxıstan itkisi[/b]

Azərbaycan millisi FİFA reytinqində xal itirib. Apasport.az saytının məlumatına görə, buna Qazaxıstanla Astanada keçirilən yoxlama oyunu səbəb olub.

 

Böyük hesabla uduzan Qurban Qurbanovun yetirmələri 0:3 hesablı məğlubiyyətə görə xal itkisi ilə üzləşib. Ötən ay açıqlanan cədvəldə 245 xalla 126-cı olan millimiz Qırğızıstan üzərində 3:0 hesablı qələbə ilə aktivini 321-ə çatdırmışdı.

 

Lakin Astanadakı darmadağın bu rəqəm 312-yə endirib. Yəni komandamız 9 xal itirib. Ümumilikdə iki oyunun cəmində isə milli 67 xal əldə edib.

 

Qeyd edək ki, növbəti FİFA reytinqi iyunun 7-də açıqlanacaq. 312 xal indiki cədvəldə 106-cı yer üçün kifayət edir. Lakin digər komandaların nəticələri hazırda 126-cı olan yığmamızın mövqeyini müəyyənləşdirəcək.