[b]Yığmamızın qənimi Avropa çempionudu [/b]
31.07.2018 - 00:05
[b]Yığmamızın qənimi Avropa çempionudu

[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İsveçrədə keçirilən final mərhələsinin həlledici matçında İspaniya və Almaniya qarşılaşıb.

 

Matçın taleyini 1 qol həll edib. İspaniya yığması vurduğu qolla qitə çempionu tituluna yiyələnib.

 

Beləliklə, seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer alan İspaniya Avropanın ən yaxşısı olub. Qitə çempionu ötən ilin payızında Albaniyadakı seçmə oyununda yığmamızı 6:0 hesabı ilə məğlub etmişdi.

 

Qeyd edək ki, Danimarka və Norveç yarışı yarımfinalçı kimi başa vurub.