[b]Yığmamızın seleksiya xarakterli toplanışı keçirilir[/b]
13.07.2018 - 17:29
[b]Yığmamızın seleksiya xarakterli toplanışı keçirilir[/b]

2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, həftədə 3 dəfə Bakı İdman Sarayında baş tutan məşqlərə müvəqqəti olaraq Ağatahir Əzimov rəhbərlik edir. 
 

Avropa çempionatının oyunları 2019-cu ilin əvvəlində keçiriləcək. Ehtiyac duyulacağı halda yanvarın 21-dən 26-dək ilkin mərhələnin görüşləri təşkil ediləcək. Əsas mərhələnin qarşılaşmaları isə martın 26-dan 31-dək keçiriləcək. Qalibin adı final turunda bilinəcək. Bu mərhələnin oyunları 8-14 sentyabrda keçiriləcək.

 

Final mərhələsinə hansı ölkənin ev sahibliyi edəcəyi bilinmir. Hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna bunun üçün UEFA-ya müraciət ediblər. Bu il sentyabrın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala da cavab tapılacaq.

0