“Yunayted”dən 50 milyonluq transfer həmləsi: Hədəf “Nyukasl”ın ulduzu
04.06.2026 - 10:36
“Mançester Yunayted” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Nyukasl”ın sol cinah müdafiəçisi Lyuvis Holla maraqlanır.
“The Athletic”in məlumatına görə, Mançester təmsilçisi 21 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçməyə hazırlaşır. Transferin 50 milyon avrodan baha başa gələcəyi gözlənilir.
Qeyd edək ki, Lyuvis Holl 2025/2026 mövsümündə “Nyukasl”ın heyətində Premyer Liqada 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
0
0