“Yuventus” oyunçusu Kenan Yıldızla yeni müqavilə bağlamaqda maraqlıdır.
Apasport.az “Tuttosport” nəşrinə istinadla xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı futbolçuya mövsümünə 6 milyon avro məbləğində maaş nəzərdə tutan sözləşmə təklif etməyə hazırdır.
“Qoca Sinyora”nın bu məbləğə bonuslar da əlavə edəcəyi bildirilir. Tərəflər arasında danışıqların yaxın həftələrdə yekunlaşa biləcəyi qeyd olunur.
Hazırda Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir. Gənc futbolçu indiyədək Turin klubunun əsas komandasında 104 oyunda forma geyinib, 22 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi