"Yuventus"da ayrılıq
27.01.2025 - 14:44
İtaliya A Seriya təmsilçilərindən "Yuventus" müdafiəçisi ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Turin klubu Danilo ilə müqaviləyə xitam verib.
Təcrübəli futbolçu karyerasını Braziliyanın “Flamenqo” klubunda davam etdirəcək. O, komandaya azad agent kimi qoşulacaq. Danilonun "qırmızı-qaralar"la müqaviləsi 2 il olacaq.
Qeyd edək ki, bu mövsüm 33 yaşlı müdafiəçi İtaliya çempionatında 12 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0