[b]“Yuventus”dan “Çelsi”yə  40 milyon avroluq transfer[/b]
10.07.2018 - 17:38
[b]“Yuventus”dan “Çelsi”yə  40 milyon avroluq transfer[/b]

“Yuventus”un müdafiəçisi Daniele Ruqani karyerasını İngiltərədə davam etdirməyə yaxındı. Apasport.az saytının “Premium Sport”a istinadən məlumatına görə, italiyalı futbolçunun “Çelsi”yə keçəcəyi gözlənilir.

 

Klublar artıq 40 milyon avro qarşılığında Ruqaninin keçidini razılaşdırıblar. Mənbənin iddiasına görə, 23 yaşlı futbolçunun transferi yaxın günlərdə “Çelsi”nin baş məşqçisi təyin olunacağı gözlənilən Mauritsio Sarrinin istəyi ilə həyata keçirilir.

 

Qeyd edək ki, Sarri və Ruqani “Empoli”də birlikdə çalışıblar.

0