“Yuventus”la “Milan” arasında transfer danışıqları davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Qonsalo İquaini qarşı tərəfə icarəyə verən “qoca sinyora” “Milan”dan da futbolçu alır.
Belə ki, müdafiəçi Leonardo Bonuççi sabiq klubuna qayıtmağa razılıq verib. Klublar arasında bu transferin reallaşması məsələsi artıq razılaşdırılıb. Əvəzində turinlilərin müdafiəçisi Mattia Kaldara əks marşrut üzrə hərəkət edəcək. Ötən mövsümü icarə əsasında “Atalanta”da keçirən 24 yaşlı mərkəz müdafiəçisi artıq “rossonyerlər”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Leonardo Bonuççi ötən il “Milan”a 40 milyon avro qarşılığında məhz “Yuventus”dan keçmişdi.