[b]“Yuventus”un 400 milyonluq Ronaldo planı[/b]
04.07.2018 - 15:16
[b]“Yuventus”un 400 milyonluq Ronaldo planı[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını “Yuventus”da davam etdirə bilər. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, Turin təmsilçisi rəsmi təklif göndərməyə hazırlaşır.

 

Transferin “Yuventus”a ümumilikdə 400 milyon avroya başa gələcəyi gözlənilir. “Qoca sinyora” transferə görə “Real”a 120-150 milyon, Ronaldonun özünə isə illik 30 milyon avro məvacib ödəmək niyyətindədi.

 

33 yaşlı futbolçu prezident Florentino Pereslə arasında yaranan anlaşmazlıqlar və yeni müqavilə şərtlərinin razılaşdırılmamasına görə “Real”ı tərk etməkdə maraqlıdı. Eyni zamanda, “Yuve”nin Ronaldonun meneceri Jorje Mendeşlə yaxşı əlaqələri var.