"Yuventus"un baş məşqçi postuna yeni namizəd
29.04.2024 - 17:33
"Yuventus"un baş məşqçi postuna yeni namizəd

"Yuventus" yeni baş məşqçi axtarışına çıxıb.

Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu "Bolonya"nı çalışdıran Tiaqo Motta ilə maraqlanır. 

"Qoca sinyora"nın rəhbərliyi Mottanı baş məşqçi postuna gətirməyi planlaşdırır. 

İtaliyalı mütəxəssisin "Yuventus"la 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Tiaqo Mottanın rəhbərliyi altında "Bolonya" 33 matçdan sonra 62 xalla İtaliya A Seriyasında 4-cü pillədə qərarlaşıb.

0