"Yuventus"un futbolçusu İngiltərədə çıxış edə bilər
25.01.2023 - 01:13
"Yuventus"un futbolçusu İngiltərədə çıxış edə bilər

ABŞ millisinin və “Yuventus”un yarımmüdafiəçisi Veston Makeni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Lids Yunayted” “Yuventus”la və 24 yaşlı futbolçunun özü ilə danışıqlar aparır.

Amerikalı futbolçunun transferi baş tutmayacağı halda, "Lids"in heyətini Mərakeş millisinin və "Anje"nin yarımmüdafiəçisi Azzedin Unai ilə gücləndirə biləcəyi deyilir.

Qeyd edək ki, Veston Makeni bu mövsüm bütün turnirlərdə "Yuventus"un heyətində keçirdiyi 21 matçda 3 qol və 2 məhsuldar ötürməyə imza atıb.

0