“Yuventus”un gözü braziliyalı hücumçuda
30.05.2023 - 11:53
“Yuventus”un gözü braziliyalı hücumçuda

"Yuventus" heyəti gücləndirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İtaliya klubu Roberto Firminoya elçi düşüb.  

Braziliyalı hücumçu İngiltərə "Liverpul"u ilə başa çatan müqaviləsini yeniləməyib. Onu təkcə Turin təmsilçisi deyil, Avropanın bir çox aparıcı komandası da heyətində görmək istəyir. “Ağ-qaralar” 31 yaşlı forvardı alacaqları təqdirdə Duşan Vlahoviçi 80 milyon avroya satmağı planlaşdırırlar.

Qeyd edək ki, Firmino son mövsümdə 35 matçda 13 dəfə fərqlənib.
 

0